Practiqa AI-da real biznes vəziyyətlərində marketinq qərarları verirsən. Sistem hər addımını izləyir, qərarlarını qiymətləndirir və bacarığını başqalarına göstərə biləcəyin nəticəyə çevirir.
15 iş situasiyası, ~4 dəqiqə, qeydiyyatsız. Marketinq tipini və sənə ən uyğun ixtisasları faizlə öyrən.
Practiqa AI illərlə marketinq öyrədən komandanın hər dəfə qarşılaşdığı bir problemdən yaranıb.
Kursu bitirir, sertifikatı alır, amma ilk real büdcə qərarında çaşıb qalırlar. Nəzəriyyəni bilmək hələ düzgün qərar vermək demək deyil.
Müsahibədə kimin özünə güvəndiyi görünür, kimin düzgün qərar verdiyi görünmür. Yanlış seçilmiş marketoloq şirkətə 6–12 aylıq büdcə itkisi deməkdir.
Təlimə xərclənən pul ildən-ilə artır, bacarıq çatışmazlığı isə azalmır. Çünki kursu neçə nəfərin bitirdiyi sayılır, öyrəndiyini tətbiq edə bilib-bilmədiyi yoxlanmır.
Kurs kataloqu əvəzinə qərar loqbuku: hər addımın izlənir, qiymətləndirilir və səninlə qalır.
Qarşına real vəziyyət çıxır: kampaniya zəifləyir, büdcə kəsilir, məhsulu vaxtında bazara çıxarmaq lazımdır. Nə edəcəyinə sən qərar verirsən.
AI bütün prosesi izləyir: nəyi seçdiyinə, niyə seçdiyinə, hansı dataya baxdığına. Eyni variantı seçən iki nəfər fərqli bal ala bilər.
Hər qərarın loqbuka yazılır. Zamanla bu loqbuk işəgötürənə göstərə biləcəyin bacarıq profilinə çevrilir.
Burada sertifikat yığmırsan, qərar təcrübəsi yığırsan.
Real marketinq ssenarilərində qərar ver, fərqli yanaşmaları sına. Səhv etsən də, heç nə itirmirsən.
Nəzarətli qiymətləndirmədə analitik düşüncən, strategiyan, büdcə idarəetmən və digər bacarıqların ölçülür.
Güclü və zəif tərəflərini görür, irəliləyişini izləyirsən. Liqa, XP və sertifikatlar da buradadır.
Təcrübə üçün kiminsə səni işə götürməsini gözləmək lazım deyil. Burada büdcə bölürsən, kampaniya qurursan, bazardakı dəyişikliyə və böhrana reaksiya verirsən, sonra nəticəni görürsən.
Pul real deyil, risk yoxdur, qərarlar isə tam realdır.
«Board sabah otaqdadır. Bir cümlə ilə de: biz KİMİK?»
Assessment bacarığını real ssenarilərdə verdiyin qərarlara görə ölçür. Sonda əlinə sadəcə «78/100» kimi bir rəqəm keçmir. Bunları görürsən:
Pro abunəlikdə ayda 1 Assessment pulsuzdur
Real biznes problemlərindən götürülmüş interaktiv vəziyyətlər.
Təkcə düzgün cavab yox, qərarlarının ardıcıllığı da nəzərə alınır.
Nəticən skor və kompetensiya profili şəklində.
Harada güclü olduğunu, harada üzərində işləməli olduğunu görürsən.
Hər praktikadan sonra qərarlarının necə dəyişdiyini izləyirsən.
Qərarların, keçdiyin ssenarilər və nəticələrin bir yerdə toplanır.
Nəzarətli şəraitdə keçirilir, nəticəni başqaları ilə paylaşa bilərsən.
Nəticədən sonra sənə xüsusi analiz və nəyi inkişaf etdirməli olduğun.
Şirkətlər və universitetlərlə birlikdə real ssenarilər, qiymətləndirmə meyarları və marketinq bacarıqları üzrə müqayisə göstəriciləri hazırlayırıq.
Namizədi CV və müsahibəyə görə yox, real marketinq qərarlarına görə qiymətləndirin. Komandanızın hansı sahədə zəif olduğunu əvvəlcədən görün.
Tələbənin nəyi öyrəndiyini yox, öyrəndiyini real vəziyyətdə tətbiq edə bildiyini ölçün.
Əlavə Assessment 19.99 AZN-dir. Pro abunəlikdə hər ay 1 Assessment pulsuzdur, Free planda Assessment bağlıdır.
Təhsil uzun illərdir insanın nə bildiyini ölçür, əmək bazarı isə onun nə edə bildiyini bilmək istəyir. AI hər şeyi dəyişəndən sonra test, esse və ev tapşırığı əvvəlki kimi etibarlı sübut sayılmır.
Practiqa AI bu boşluğu real biznes ssenariləri və qərara əsaslanan qiymətləndirmə ilə doldurur.
Məqsədimiz peşəkar bacarığı ölçülə bilən, sübut edilə bilən və harada işləsən özünlə apara biləcəyin bir şeyə çevirməkdir.
Başlanğıc nöqtəmiz marketinqdir. Növbəti addımlar Sales, HR və Finance olacaq.
Marketinq bacarığını real biznes ssenarilərində sınamaq və ölçdürmək üçün AI əsaslı platformadır.
Universitet inteqrasiyası, şirkətlər üçün Assessment və ya başqa əməkdaşlıq təklifiniz varsa, bizə yazın.
Real ssenarilər, real qərarlar və ölçülə bilən bacarıq.
Pulsuz başla